Korporativ idarəetmənin zəif olması MDB banklarının kreditvermə qabiliyyətinə zərər vurur | Banco.az

Korporativ idarəetmənin zəif olması MDB banklarının kreditvermə qabiliyyətinə zərər vurur

MDB banklarına ən çox mənfi təsir göstərən amil aşağı keyfiyyətli koorporativ idarəetmədir. MDB banklarının kredit qabiliyyətliliyi korporativ idarəetmənin zəifliyindən ziyan görür.

Bu barədə “Moody’s” agentliyinin təhlilində bildirilir.

Təhlildə qeyd olunub ki, dələduzluq əməliyyatları və aşağı səviyyəli menecment MDB-də bir neçə bankın bağlanmasına səbəb olub.

Ümumilikdə, MDB banklarında keyfiyyətli idarəetmə digər regionlarda olan bankların idarə olunmasından zəifdir. Bu da bankların kredit verməsinə mənfi təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Biznesin əsas səhmdardan asılı olması korporativ idarəetmənin zəif olmasından xəbər verir və biznesin kreditləşməsini ləngidir.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə 45 bank, 2018-ci ildə isə 30 bank fəaliyyət göstərib. Bu göstəriciyə görə Azərbaycan MDB məkanında Rusiya və Ukraynadan sonra üçüncü yerdədir.

Ona.az

Ən sərfəli krediti almaq üçün müraciət et