Könüllü sığorta 3% azalıb, icbari sığorta 24% artıb | Banco.az

Könüllü sığorta 3% azalıb, icbari sığorta 24% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 103 milyon 951 min manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü müqayisədə 2,65% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 23,5% artaraq 28 milyon 868 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 21 milyon 338 min manat təşkil edib ki, bu da illik müqayisədə 28% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 8,55% artaraq 11 milyon 778 min manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 20,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-fevral aylarında 27,8 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 46,4 manatdan 40,8 manata düşüb.

 

Azərbaycanda həyat sığortası 24% azalıb, qeyri-həyat sığortası isə 14% artıb

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 103 milyon 951 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü müqayisədə 2,65% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 101 milyon 762 min manat təşkil edib. Bu isə illik müqayisədə 14% çoxdur.

 

BAZAR CÜZİ ARTIB

Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 132 milyon 819 min manat məbləğində sığorta haqqı toplanılıb.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur. İki ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33 milyon 116 min manat təşkil edib. Bu isə illik müqayisədə 18,2% azdır.

2019-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,9 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,1 manat olub.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et