Kommunikasiya ilə bağlı ən sevimli sitatlarım- Riçard Brenson | Banco.az

Kommunikasiya ilə bağlı ən sevimli sitatlarım- Riçard Brenson

Kommunikasiya dünyanı fırlanmağa məcbur edir.  Bu, insan əlaqələrini asanlaşdırır və bizə öyrənmək, böyümək və inkişaf etmək imkanı verir.  Bu, sadəcə danışmaq və ya oxumaq deyil, bu, həm də deyiləni anlamaqdır – və bəzi hallarda isə hətta deyilməyəni də dərk etməkməkdir.

Kommunikasiya istənilən bir liderin sahib olmalı olduğu ən güclü bacarıqdır. Əlbəttə ki, Virgin hekayəsinin uğurunu irəli aparmaq üçün biz də bu bacarığa söykənmişik. Kommunikasiya sənətini qiymətləndirmə baxımından, mənim məsələ ilə bağlı 10 ən sevimli sitatım.

10. “Başa düşülmək üçün yaz, eşidilmək üçün danış,  böyümək üçün oxu”  – Lawrence Clark Powell

 9. “Mən hər səhər özümə xatırladıram ki, dediyim heç nə mənə yeni nəsə öyrətməyəəck. Əgər mən öyrənmək istəyirəmsə, mən bu dinləməklə etməliyəm” Larry King

8. “Mehribanlıqla danışmaq üçün bəlkə də qısa və asan sözlər gərəkdir. Amma onların əks sədası sonsuzdur” - Mother Theresa

Ən sərfəli kredit üçün müraciət et

7.“Hekayə nəql edənlər, həmin bu nəql etmə prosesində radikal öyrənmə kommunikasiyası həyata keçirir ki, bu da dünyanı və insanları dəyişməyə qadirdir: dünyanı fəth edən hekayələr danışmaq o deməkdir ki, insanlar həmin hekayələrdən dərs alacaqlar”- Chris Cavanaugh

6.“Kommunikasiya sənin öyrənə biləcəyin bir bacarıqdır. Bu velosiped sürmə və ya klaviaturada yazmaq kimidir. Əgər sən onun üzərində işləsən, ömrünün istənilən bir hissəsinin keyfiyyətini sürətlə yüksəltməyə nail ola bilərsən.” - Brian Tracy

 5.  “Mən hər kəslə eyni cür danışıram, istər bu zibil daşıyan olsun, istər də universitet prezidenti” -  – Albert Einstein

4. “ Yaxşı kommunikasiya qara qəhvə kimi stimul vericidir, ondan sonra da yuxuya getmək eyni dərəcədə çətindir” Anne Morrow Lindbergh 

3. “ Liderliyin dili kommunikasiya incəsənətidir” -  James Humes

2. “ Tanıdığım uğurlu insanların əksəriyyəti danışmaqdan çox dinləməyə üstünlük verənlərdir” - Bernard Baruch

1.“İki monoloq hələ dialoq demək deyil”. – Jeff Daly

 

Ən sərfəli krediti almaq üçün müraciət et