Komitə sədri: "Pul qıtlığı aradan qaldırılmalıdır" | Banco.az

Komitə sədri: "Pul qıtlığı aradan qaldırılmalıdır"

"Pul qıtlığı problemi bizi ciddi narahat edir". Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq".

Ən sərfəli kredit üçün müraciət et

Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et