KOB dostları özünüməşğulluğa dəstək göstərir | Banco.az

KOB dostları özünüməşğulluğa dəstək göstərir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində(KOBİA)və Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər davam etdirilir.

KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən birgə təşkil olunan təlimlərdə özünüməşğulluq proqramına qoşulmuş iştirakçılara xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunur.

Ümumilikdətəlimlərdən özünüməşğulluq proqramına qoşulmuş 193 nəfər yararlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar verilir.

Məlumat üçün qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığıninkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədiləKOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin keçirilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılması, zəruri aktivlərlə təmin olunmuş iştirakçılara mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər zəruri xidmətlərin göstərilməsidir.

Ən sərfəli krediti almaq üçün müraciət et