Kənd təsərrüfatı yoxsa artıq təklif böhranı? | Banco.az

Kənd təsərrüfatı yoxsa artıq təklif böhranı?

Ekonomiksin səkkizinci prinsipində deyildiyi kimi ölkədəki həyat səviyyəsi həmin ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır. Xidmətləri başa düşdük, bəs əmtəə nədir, insanlar əmtəə dedikdə nə başa düşür? Əmtəə müştərinin ehtiyacını və ya istəyini ödəyən əşyadır. Deməli kənd təsərrüfatı məhsulları bir əmtəədir. Bu da başa düşüləndir. Məsələn biz aclıq ehtiyyatımız ödəmək üçün çörəkdən istifadə edirik, çörək də buğdadadan hazırlanılır. Buğda kənd təsərrüfatı məhsulu, yəni dənli bitkidir. Dənli bitkilərin çox hissəsi Azərbaycanın  ikinci paytaxtı Gəncədə yetişdirilir . İndi gəlin başqa tərəfdən baxaq, xalq arasında belə söz də var kartof ikinci çörəkdir. Kartof  bir kənd təsərrüfatı məhsuludur, deməli kartof da əmtəədir. Yəni ekonimiksin prinsipindəki kimi Azərbaycandakı həyat səviyyəsi həmin ölkədə yəni Gədəbəydə və ya  Gəncədə becərilən kartofun  və ya buğdanın miqdarından asıldır.

Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində  iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Buna misal kimi belə bir şey deyim, mənim babam əvvəllər elektrik mühəndisi olub indi isə kənd təsərrüfatı ilə məşğuldur.

İqtisadiyyatda deyilir ki, dövlət bəzən bazarda iqtisadi fəaliyyətin nəticələrini yaxşılaşdıra bilir.  Bunu aqrar sahədə etmək üçün ilk növbədə xususilə rəqabət qabiliyyətli məhsullar diqqətə alınmalı, seçilməli və bunların inkişafı üçün müəyyən mexanizmlər formalaşmalıdır.  Əminliklə deyə bilərəm ki, iqtisadiyyatda nə qədər yüksək potensial olursa olsun,  satış bazarlarının və infrastrukturunun olmaması bu potensialın inkişafında ciddi maneçilik törədir. Mütəxəsislər hesab edir ki, nəinki Azərbaycanda həmçinin bütün dünyada hazırda aktual olan orqanik təsərrüfat modelidir, bu təsərrüfat növünə avropa ölkələrinin daha çox ehtiyacı var. 

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik. Məsələn adi belə bir misal götürək, ölkədə istehsal olunan pendirin qablaşdırılmasına sahibkar özü nəzarət edə bilir, lakin  yüksək səviyyədə qablaşdırılması, sertifikatlaşdırılması və xaricə çıxarılması üçün bir neçə prosesdən keçirilməlidir. Təbii ölkədə mövcud sahibkar da buna hazır deyil.  Burada tələb-təklif amilinin də başlıca rolu var.  Üç il əvvəl Samux rayonunda 3000 hektar günəbaxan əkilmişdi. Həmin il bazarda günəbaxana olan tələb 2000 hektar idi, ona görə də qiymətlər aşağı düşmüşdü. Yəni birtərəfli qaydada hamı günəbaxan əkəcəksə bazarda günəbaxana olan təklif  azalacaq. Yəni sahibkar  həmişə bir kənd təsərrüfatı məhsulunu əkməklə heç nə əldə edə bilməz. Əksinə qiymətlər aşağı düşür, məhsuldarlıq azalır. Amma həmin sahibkar növbəli əkin sistemi ilə, yəni çoxfunksiyalı  təsərrüfata keçid  etsə hamı qazanar .

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et