Kənd Təsərrüfatı sahəsində çalışan mühasiblər üçün “Workshop” keçirilib! | Banco.az

Kənd Təsərrüfatı sahəsində çalışan mühasiblər üçün “Workshop” keçirilib!

10 avqust 2018-ci il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası (ARPA)  Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin  Tədris Mərkəzinin birgə iştirakı ilə kənd təsərrüfatı sahəsində çalışan mühasiblər üçün “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş  dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq ödənişsiz “Workshop” keçirib!

“Workshop”da Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi və dövlət nəzarəti, Peşəkar mühasib, Peşəkar mühasib sertifikatı və Peşəkar mühasib təşkilatları, KOS subyektləri üçün MHBS kimi əsas anlayışlar, Baş mühasiblərin vəzifələri və peşəkar mühasib olma məcburiliyi haqqında mövzular müzakirə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

 Qeyd etmək istərdik ki, “Workshop”lar ölkə iqtisadiyyatının Sığorta, Bank, Kənd Təsərrüfatı ,Tikinti, Telekommunikasiya, Neft, Turizm, Pərakəndə Satış, İstehsalat və diqər  sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.  “Workshop”lar mərhələli şəkildə həyata keçirilir və bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.

 “Workshop” larda iştirak etməklə qanunun tətbiqi prosesində meydana çıxacaq problemlərin müzakirəsi və həllinə dair tövsiyələr vermək, “Peşəkar mühasib” sertifikatının verilmə qaydaları ilə bağlı təkliflərinizi irəli sürmək şansına sahib olacaqsınız.

Ən sərfəli krediti almaq üçün müraciət et