Keçmiş bank işçiləri niyə iş tapa bilmir? | Banco.az

Keçmiş bank işçiləri niyə iş tapa bilmir?

Redaksiyamıza banka işə düzəlmək istəyənlərin müraciətlərinin sayı həmişə çox olub, bu tendensiya yenə də davam etməkdədir: Pula və sabit iş qrafikinə olan maraq insanları banka cəlb edir.

İşə düzəlmək istəyənlərin bir çoxu təcrübəsiz olmalarından əziyyət çəkirlər.  Təhsil aldıqları müddətdə, heç bir təcrübə proqramlarına qoşulmamaqları, həmçinin müvafiq ixtisas biliklərini genişləndirən təlim və treninqdə iştirak etməməyi onları geri salır. Banco.az olaraq, gənc namizdələrə mümkün qədər istiqamət verməyə çalışırıq.

Lakin bir tendensiya da var ki, təcrübəsi olub da işlədiyi bankı tərk edən əməkdaşlar da iş tapmaqda çətinlik çəkir.

Bəzi banklar var ki, rəqib bankların işçilərini işə götürmür:

Redaksiyamıza müraciət edən namizəd bildirirdi ki, imtahanı yaxşı verməyimə baxmayaraq, məni müsahibəyə çağırmadılar. Sonra öyrəndim ki, həmin bankda başqa bankın əməkdaşlarına casus kimi yanaşırlar.

“Yəni banklar ehtiyat edir ki, cəlb edilmiş yeni əməkdaş əslində köhnə iş yerinə xəbər daşıya bilər” – maraqlı səslənir, amma gerçəkliyə nə dərəcədə yaxındır?

Bəs əslində real səbəb nə ola bilər, nə zaman keçmiş bank əməkdaşları yeni bankda işə düzələ bilmir?

Ən geniş yayılmış hal:

Bank əməkdaşı əvvəlki iş yerində işdən çıxarılıb, ciddi maliyyə fırıldağına yol verdiyi üçün, el arasında buna “statya ilə” işdən çıxarılma deyilir. Dürüst olmayan işçini heç kəs öz komandasında görmək istəməz. Belə namizədlərin bank karyerası bir dəfəlik başa çatır.

Banklar işə götürməzdən öncə sizin işdən çıxma səbəbinizi ciddi araşdıracaq.

Təcrübəniz olmasına baxmayaraq siz bankın kriterilərinə cavab vermirsiniz.

Yəni sizə elə gəlir ki, siz imtahanı yaxşı keçmisiniz, əslində isə belə deyil və ya kifayət qədər yaxşı olsaydınız sizi əvvəlki iş yerinizdə saxlayardılar – deyə fikirlər işəgötürənlərin beynindən keçə bilər. Yenə də bank sizin onlara nə qədər uyğun olmağınıza özü qərar verəcək. Burada sizin hazırladığınız CV, əməkhaqqı gözləntiniz, iş yerini hansı sürətlə dəyişməyə meylli olmağınız da vacib rol oynayır. Banklar təşəbbüskar, yenilikçi, lakin həm də adaptasiya olunan və uzun müddət ərzində onlar ilə çalışacaq adam axtarır.

Banklar işçini özü yetişdirir

Ən sərfəli kredit üçün müraciət et

Bəzi banklar var ki, onlar başqa bankların işçilərini cəlb etmir, özü işçini öyrədir, onu yetişdirir. Təlim və treniq xərcləri çox olsa da, həmçinin yeni işçilərlə çalışmağın risklərini də nəzərə alsaq belə, müəyyən banklar var ki, onlar məhz bu strategiyanın tərəfdarıdır. Bu tip banklar işçini məhz öz iş prinsiplərinə, hesablama və təhlil strategiyalarına görə yetişdirir. İşçi ilk göndən həmin bankın korporativ mədəniyyətinə və mühitinə uyğunlaşmalı olur. Bu tip banklar öz əməkdaşları olduğu halda başqa bankın əməkdaşını cəlb edib, ona daha yüksək əməkhaqqı ödəmək istəmir.

Qanunla müəyyən edilmiş hallar

Qanundan çıxarılış

Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları (bank əməkdaşları) məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.

Bu şəxslər bankı əməkdaşı (bank inzibatçısı) ola bilməz (Banklar haqqında qanunun 10.2. maddəsinə əsasən):

  • 10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər üç il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);
  •  10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Mərkəzi Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);
  • 10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş

Bəzən Banklar haqqında qanunun 10.2.1. maddəsi sui-istifadə hallarına gətirib çıxarır. Çünki iflas etmiş bankın heç də bütün əməkdaşları  fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmir. Lakin məhz bu maddə əsas gətirilərək, onları işə götürməkdən imtina edirlər.

Qeyd edək ki, oxşar halla lisenziyası ləğv edilmiş RoyalBankın əməkdaşları üzləşmişdi.

Sonda qeyd edirik ki, bütün sadalananlara rəğmən banklar təcrübəli və keyfiyyətli işçiləri öz sıralarına cəlb edier. Sadəcə lazımı səriştəyə və özünü təqdim etmə qabiliyyətinə malik olmaq, güclü tərəflərini yaxşı bilmək və zəif tərəflərin üzərində işləmək lazımdır.

Yeni cəhdlərinizdə uğurlar...

Könül Sotanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et