Keçiriləcək iclasda dolların gələcək taleyi bəlli olacaq. | Banco.az

Keçiriləcək iclasda dolların gələcək taleyi bəlli olacaq.

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) martın 17-18-də keçiriləcək iclasında dolların gələcək taleyi bəlli olacaq. Bu iclasda FES-in daha öncə uçot dərəcəsinin artırılması istiqamətində səbrli və ya çevik siyasət yeridəcəyi ilə bağlı qərar yekun verməsi gözlənilir.

Bununla da artıq ilk yay (iyun) iclasında faizlərin artırılacağı ehtimal olunur. Belə olarsa, mart ayının sonuna qədər avronun dollara qarşı məzənnəsi paritetə qədər enəcək.

Ən sərfəli kredit üçün müraciət et

Lakin maliyyə bazarlarında FES-in dolların yüksəlməsinin qarşısının alınması üçün uçot dərəcəsini təmkinlə artıracağı ehtimal olunur. Çünki FES dolların sürətlə yüksəlməsinin qarşısını almaqla zəif inflyasiyaya nail olmaq istəyir və deflyasiyaya yol verməyəcək. Bu da iqtisadiyyatda tələbin zəifləməsini dayandıracaq. Uçot dərəcəsinin payıza qədər artırılmaması dolların kəskin ucuzlaşmasına gətirib çıxaracaq. Yəni, yaxın iki gündə qəbul olunacaq qərarlar və veriləcək bəyanatlar dolların gələcək məzənnəsinin istiqamətinə aydınlıq gətirəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç