Keçən il 20 bank böyüyüb | Banco.az

Keçən il 20 bank böyüyüb

20 bankın aktivləri son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (40%), ən az artım isə "AGBank"da (1,6%) baş verib. 

 

4 bankın aktivləri 2 milyard manatdan çoxdur

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün aktivləri 2 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 932,771 milyon manat), "PAŞA Bank" (4 695,717 milyon manat), "Kapital Bank" (3 716,48 milyon manat) və "Xalq Bank"dır (2 008,178 milyon manat).

Ən sərfəli kredit üçün müraciət et

Qalan 26 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 17 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 11,543 milyon manatdır.

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et