Kasko sığortasında yığımlar və ödənişlər azalıb | Banco.az

Kasko sığortasında yığımlar və ödənişlər azalıb

Banco.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-avqust aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu növ sığortadan toplanan sığorta haqqı 7 dəfə artaraq 2,2 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 5,5 dəfə artaraq 750 min manat, kreditlərin sığortasında isə 3,4 dəfə artaraq 560 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,8% artaraq 46,5 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 56,4% artaraq 436 min manat, tibbi sığortada 0,5% artaraq 50,1 milyon manat, səfər sığortasında 7,2% artaraq 1,5 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 0,1% artaraq 20,7 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 28,3% artaraq 827 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 14,2% artaraq 25,5 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 75,8% artaraq 20,5 milyon manat, avtomobillərin icbari sığortasında isə 16,1% artaraq 52,7 milyon manat manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

8 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə titul və ipoteka sığortalarında qeydə alınıb. Hər iki növ sığortadan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, yük daşıyanın mülki məsuliyyətinin sığortasında yığım 62,5% azalaraq 1,2 min manata düşüb.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 22,7% azalaraq 8,5 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 18,8% azalaraq 6,1 milyon manat, avtomobillərin könüllü sığortasında 16% azalaraq 20,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 3,2% azalaraq 266 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,4% azalaraq 83 min təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et