Kartlarda 100 minə yaxın artım | Banco.az

Kartlarda 100 minə yaxın artım

2019-cu ilin Aprel ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 721 min ədəd təşkil edib.

Mart ayının sonu ilə müqayisədə Apreldə cəmi ödəniş kartlarının sayı 97 min ədəd artıb.

Artım Yanvarda 39 min ədəd, fevralda 74 min ədəd təşkil etmişdi. Martda cəmi ödəniş kartlarının sayı dəyişməmişdi.

Mart ayı ilə müqayisədə Apreldə sosial kartların sayı 13 min ədəd azalaraq 2 milyon 523 min ədədə düşüb.

Martda əməkhaqqı kartlarının sayı 18 min ədəd artaraq 2 milyon 96 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 84 min ədəd artaraq 1 milyon 308 min ədədə, kredit kartlarının sayı isə 9 min ədəd artaraq 795 min ədədə yüksəlib.   

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-aprel ayları ərzində (ilk 4 ayda) cəmi ödəniş kartlarının sayı 210 min ədəd, o cümlədən sosial kartların sayı 1 min ədəd, əmək haqqı kartlarının sayı 56 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 219 min ədəd artıb. Kredit kartlarının sayı isə 65 min ədəd azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Marja"ya verilən məlumata görə, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç