Kart nömrələri hansı gizli funksiya daşıyır? | Banco.az

Kart nömrələri hansı gizli funksiya daşıyır?

Heç özünüzə kredit kartı nömrəsinin nə anlama gəldiyinə dair sual vermisiniz? Bəzi kart istifadəçilərinə məlumdur ki, 16 rəqəmli kombinasiya fırıldaqçılıq hallarından müdafiə xarakteri daşıyır. Bəziləri səhv olaraq güman edirlər ki, plastik kart nömrəsi elə kart hesab nömrəsinin özüdür. Halbuki, bu rəqəmlər xüsusi bank kodudur. Bəs, kart üzərində yazılan bu rəqəmlərin mahiyyəti nədir?

Kredit kartı nömrəsi neçə rəqəmdən ibarət ola bilər?

Bir qayda olaraq, geniş yayılmış ödəniş sistemlərinin kartları 16 rəqəmdən ibarət olsa da, 13 (Visa üçün xarakterikdir və uzun müddət əvvəl ayrı-ayrı regionlarda istifadə olunurdular) və 19 rəqəmli (əlavə olaraq qeyd olunmuş 3 rəqəm plastik kartın hansı kredit proqramına məxsus olduğunu əks etdirir) kartlara da rast gəlmək olar.

Plastik kart nömrələrinin açılışı

Ilk 6 rəqəm bankın identifikasiya nömrəsi (BIN – Bank Identification Number) kimi çıxış edir. Plastik kart nömrəsinin birinci rəqəminə əsasən onun bu və ya digər ödəniş sisteminə aid olduğunu müəyyən etmək olar. Belə ki, “3” American Express, “4” – Visa, “5” isə MasterCard ödəniş sistemlərinə aiddir. Növbəti 3 rəqəm isə kartın emitentini müəyyən edir və özündə plastik kartı emissiya edən bankı ehtiva edir. Yeddi və səkkizinci rəqəmlər isə kartın hansı proqram və ya məhsul çərçivəsində buraxıldığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti rəqəmlərdə kredit kartının buraxıldığı valyuta, kartı emissiya edən filialın nömrəsi və elektron çipin mövcudluğuna dair məlumat və s. kodlaşdırıla bilər. Bununla belə kredit kartı nömrəsi unikal hesab olunur və dünyanın heç bir nöqtəsində təkrarına rast gəlinə bilməz.

Əksər hallarda sonuncu on rəqəm kartın personallaşdırılması məqsədilə istifadə edilir və müxtəlif xüsusiyyətlərə malik ola bilər. Sonuncu rəqəm isə yoxlayıcı xarakter daşıyır və mürəkkəb riyazi alqoritmlər əsasında tərtib olunur ki, bu da rəqəmlərin təsadüfi seçimini istisna edir.

Dürdanə Alıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et