Kapitalkart-ı daha yaxından tanıyaq! | Banco.az

Kapitalkart-ı daha yaxından tanıyaq!

Kapitalkart  Kapital Bankın təqdim etdiyi xüsusi taksit kartıdır və sizə bir çox restoranlarda, texnika, geyim, məişət texnikası, mobil telefon mağazalarında, tibb mərkəzlərində və digər ticarət obyektlərində və xidmət sahələrində dəyərini hissə-hissə ödəməklə alış-veriş etmək imkanı yaradır. 

Üstünlükləri:

  • Nağd pulunuz olmasa belə arzuladığınız mal və xidmətləri istənilən anda əldə etmək imkanı qazanırsınız
  • Əldə etmək istədiyiniz mal və xidmətlərin dəyərini birdəfəyə yox, hissə-hissə ödəyirsiniz
  • Kartı rahat alırsınız. Kapital Bank maaş və ya pensiya kartınız və şəxsiyyət vəsiqəniz bunun üçün kifayətdir. 
  • Kapitalkart tamamilə pulsuzdur və illik bank faizi 0%-dir
  • Kapitalkart VISA beynəlxalq ödəniş sistemini dəstəklədiyi üçün dünyanın istənilən yerində nağdsız ödəniş etmək imkanı yaradır
  • Karta pulsuz SMS banking xidməti qoşulur.

“KAPİTALKART” NƏDİR?

“Kapitalkart” bütün ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən, müştərilərə pulsuz təqdim olunan faizsiz kredit kartdır.

KİMLƏR “KAPİTALKART” ƏLDƏ EDƏ BİLƏR?

Maaş və pensiya kartı Kapital Bankdan olan bütün müştərilər “Kapitalkart” əldə edə bilər.

“KAPİTALKART” ƏLDƏ ETMƏK ÜÇÜN HANSI SƏNƏDLƏR LAZIMDIR?

Şəxsiyyət vəsiqəsi və ya Hərbi vəsiqə

“KAPİTALKART”-IN MÜDDƏTİ NƏ QƏDƏRDİR?

“Kapitalkart”-ın müddəti 36 aydır.

KAPİTALKART”-DAN HARADA İSTİFADƏ EDİLƏ BİLƏR?

  • Kapital Bankın partnyoru olan ticarət və xidmət şəbəkələrində;
  • Kapital Banka məxsus ATM-lərdə;
  • Azərbaycan Respublikası ərazisində, həmçinin xarici ölkələrdə POS terminal vasitəsi ilə ödəniş etmək imkanı olan bütün ticarət və xidmət müəssisələrində;
  • İnternetdə

OPSİYA VƏ TAKSİT NƏ DEMƏKDİR?

Həm Opsiya, həm də Taksit sözləri istifadə edilən məbləğin bərabər hissələrlə qaytarılmalı olduğu ayların sayını bildirir.

İSTİFADƏ EDİLMİŞ MƏBLƏĞ HANSI OPSİYALAR ÜZRƏ ÖDƏNİLƏ BİLƏR?

Ən sərfəli kredit üçün müraciət et

Bankın partnyoru olan ticarət və xidmət nöqtələrində istifadə edilmiş məbləğlər üzrə: 1-12 ay arası, 18 ay və 24 ay

Qeyd: Müxtəlif partnyorlar üzrə yuxarıdakı opsiyaların yalnız biri və ya bir neçəsi ola bilər.

Partnyor olmayan mağaza və xidmət nöqtələri (həm ölkə daxilində, həm də xaricdə) və internetdə istifadə edilmiş məbləğlər üzrə: 12 ay

 Kapital Banka məxsus bankomatlarda (ATM-lərdə) edilən nağdlaşdırma əməliyyatları üzrə: 1 ay, 3 ay və 6 ay

 İSTIFADƏ EDİLMİŞ MƏBLƏĞ ÜZRƏ ÖDƏNİŞLƏR HANSI QAYDADA APARILMALIDIR?

İstifadə edilmiş məbləğ (istifadə üzrə yaranmış borc) növbəti  ayın 10-dan başlamaqla, seçilmiş opsiyanın sayına müvafiq olaraq bərabər hissələrlə hər ayın 10-a qədər Banka ödənməlidir.

“KAPİTALKART” ÜZRƏ İLLİK FAİZ DƏRƏCƏSİ NEÇƏDİR VƏ KOMİSSİYA VARMI?

“Kapitalkart” üzrə illik faiz dərəcəsi 0%-dir

Müştəridən, əsasən, komissiya tutulmur.  Lakin aşağıdakı istisna hallar ola bilər:

  • Bəzi partnyor mağazalar üzrə kartla satış qiyməti nağd satış qiymətindən fərqli ola bilər.
  • Bəzi partnyor mağazalar üzrə kartla satış qiyməti nağd satış qiyməti ilə eyni olsa da, müştəridən əlavə komissiya haqqı tutula bilər.
  • Partnyor olmayan mağaza və xidmət müəssisələrində, həmçinin internetdə istifadə etdikdə və bankomat vasitəsilə nağdlaşdırma etdikdə komissiya tətbiq edilir.

BANKDA KREDİT BORCU OLAN MÜŞTƏRİ “KAPİTALKART” ƏLDƏ EDƏ BİLƏRMİ?

Müştərinin ödəniş qabiliyyəti imkan verərsə, o Kapital Bankdan taksit kartı əldə edə bilər. 

“KAPİTALKART”-LA ATM-DƏN NAĞD PUL ÇIXARMAQ MÜMKÜNDÜRMÜ?

Təyin olunmuş kart üzrə ayrılan limit çərçivəsində və yalnız Kapital Bankın ATM-lərindən “Kapitalkart”-la nağd pul əldə etmək mümkündür.

KREDİT BORCUNU NECƏ ÖDƏYƏ BİLƏRƏM?

Ödənişlər Bankın iş saatlarında Kapital Bankın bütün filiallarına müraciət etməklə həyata keçirilə bilər.

PARTNYOR ŞƏBƏKƏSİNİN SİYAHISI, YENİLİKLƏR, KAMPANİYALAR, HƏMÇİNİN ŞƏRTLƏR BARƏDƏ DAHA ƏTRAFLI MƏLUMATI HARADAN ƏLDƏ ETMƏK MÜMKÜNDÜR?

Kapitalkart.azKapitalbank.az saytlarına daxil olmaqla, həmçinin 196 nömrəli Müştəri Xidmətinə zəng etməklə daha ətraflı məlumat əldə etmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et