Kapitalına görə ən güclü sığorta şirkətləri - REYTİNQ | Banco.az

Kapitalına görə ən güclü sığorta şirkətləri - REYTİNQ

Kapital hər bir şirkətin, eləcə də, sığorta şirkətinin maliyyə təminatıdır və onun maliyyə sabitliyinin əsasını təşkil edir. Kapital təminatı yüksək olan şirkətlər üçün müflis olma ehtimalı daha aşağıdır və belə şirkətlər iqtisadi çətinliklərə daha çox davam gətirir.

Bəs Azərbaycanda sığorta şirkətlərinin kapitalı nə qədərdir? Banco.az portalı cəmi kapitalına görə sığorta şirkətlərinin reytinqini hazırlayıb,  birgə nəzər salaq:

Qeyd edək ki, göstəricilər sığorta şirkətlərinin 2016-cı il üzrə yekun hesabatlarına əsaslanır.

Sığorta şirkətləri

Cəmi kapital

(manat)

Paşa Sığorta

72.041.642

Paşa Həyat Sığorta

58.079.253

Xalq Sığorta

44.758.666

Meqa Sığorta

28.335.809

İpək Yolu Sığorta

24.392.898

AXA MBASK

19.979.627

Atəşgah Həyat Sığorta

18.063.445

Qala Həyat Sığorta

17.720.211

Ata Sığorta

16.779.626

Azərbaycan Sənaye Sığorta

16.580.736

Atəşgah Sığorta

14.900.112

Rəvan Sığorta

13.558.886

A-Group Sığorta Şirkəti

11.822.700

Bakı Sığorta

8.917.570

Günay Sığorta

7.806.141

Standard İnsurance

7.304.219

Amrah sığorta

5.818.527

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et