“Kapital Bank”ın səhmdarlarına divident ödənilməsinə başlanılacaq | Banco.az

“Kapital Bank”ın səhmdarlarına divident ödənilməsinə başlanılacaq

14 mart 2018-ci il tarixində Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən 19 mart 2018-сi il tarixindən etibarən Bankın 13 mart 2018-ci il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et