"Kapital Bank"da yeni təyinatlar olub | Banco.az

"Kapital Bank"da yeni təyinatlar olub

"Kapital Bank"da 3 yeni təyinat olub. "Banco.az"ın Banka istinadən verdiyi xəbərə görə, Məmmədov Pərvin Zahid oğlu Bankın Maliyyə Menecmenti departamenti direktoru,  Hüseynov Fuad Cavanşir oğlu Biznes Proseslər departamentinin direktoru, İsmayılov Mehman Məmməd oğlu isə bankın Risklərin idarə ediləməsi departamenti direktoru vəzifəsinə təyin ediliblər.

Eyni zamanda Bankın İdarə Heyəti (İH) sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov Bankın İH sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Bankın Baş İnformasiya İnzibatçısı təyin olunub. 

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. BBankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et