“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı 63% artıb | Banco.az

“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı 63% artıb

Bu il iyulun 1-nə “Kapital Bank” ASC-də aidiyyəti olan 836 fiziki və hüquqi şəxs olub.

Bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 62,65% çoxdur.

Son 1 ildə “Kapital Bank”a aidiyyəti olan fiziki şəxslərin sayı 63,9% artaraq 785-ə, hüquqi şəxslərin sayı isə 45,7% artaraq 51-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Banka aidiyyəti olan şəxslər dedikdə kredit təşkilatının inzibatçıları və onların yaxın qohumları, struktur bölmələrinin rəhbərləri və onların yaxın qohumları və s. şəxslər nəzərdə tutulur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et