Kapital Bank: Son 5 ilin maliyyə göstəriciləri | Banco.az

Kapital Bank: Son 5 ilin maliyyə göstəriciləri

2017-ci ilin sonuna az qalıb, bir aydan sonra biz artıq bankların bu ili necə başa vurduqlarını biləcəyik. Yekun hesabatların çıxmasından əvvəl Banco.az olaraq, bankların son 4-5 ildəki maliyyə göstəriclərinin dəyişməsini  araşdırmaq qərarına gəldik.

Yazacağımız ilk bank Kapital Bank oldu. Kapital Bank 92 filial və 7 şöbə ilə müştərilərin xidmətindədir və əhatə dairəsinə görə ölkənin ən böyük bankıdır.

2017-ci ilin 3-cü rübünün sonuna olan rəqəmlərə əsasən, Bankın aktivləri 3 milyard manatdan çoxdur. 2013-cü ildən bəri aktivlər inanmla böyüməyə davam etmiş, amma ən böyük artım tempi 2015-ci ildə müşahidə olunmuşdur, 2014-cü ilə nisbətən aktivlər, 44% böyümüşdür.

Bankın kredit portfelində artım tempi aktivlər nisbətən daha azdır, amma buna rəğmən kredit portfelinin hazırkı həcmi 1 mlrd 220 mln manatdır.

Bankın kapital adekvatlıq əmsalları normadan daha yaxşıdır :

Ən sərfəli kredit üçün müraciət et

  • Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı - 8.50%  (norma 5%)
  • Məcmu kapitalın adekvatlıq əmsalı - 13.20% (norma 10%)

Valyuta böhranına rəğmən, Kapital Bank son illəri mənfəətlə başa vurub və 2017-ci ilin üçüncü rübünə olan göstəriciyə əsasən, Bankın vergilər çıxılmaqla mənfəəti –m 57 mln 636 min manat olub.

Daha ətraflı İnfoqrafikada izləyə bilərsiniz. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et