“Kapital Bank”, səhmdarlarına dividend ödənilməsinə başlayır | Banco.az

“Kapital Bank”, səhmdarlarına dividend ödənilməsinə başlayır

“Kapital Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 18 Aprel 2019-cu il tarixindən etibarən Bankın 2018-ci il xalis mənfəətindən səhmdarlara dividend ödənilməsinə başlanılacaqdır.

Bankdan verilən məlumata görə, bir adi səhmə 6,04 manat dividend ödəniləcəkdir. İmtiyazlı səhmlər üzrə gəlirlilik isə 15% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Səhmdarlar divided almaq üçün “Kapital Bank”ın Bakı şəhəri, Bülbül pr, 30 ünvanında yerləşən “Mərkəz” filialına müraciət edə bilərlər.

Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC 2018-ci ili 98 milyon 53 min manat xalis mənfəət ilə başa vurub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et