“Kapital Bank” kreditləri 220 milyon manatdan çox artırıb | Banco.az

“Kapital Bank” kreditləri 220 milyon manatdan çox artırıb

2019-cu ilin 9 ayı ərzində “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 220 milyon 623 min manat artıb.

30 Sentyabr 2019-cu il tarixində müştərilərə verilən kreditlər 1 milyard 721 milyon 511 min manat təşkil edib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 500 milyon 888 min manat idi. Beləliklə, cari ilin 9 ayı ərzində müştərilərə verilən kreditlər 220 milyon 623 min manat artıb.

HƏMÇİNİN OXU: Aktivləri 4 milyard manatı aşıb, 100 milyona yaxın mənfəət əldə edib

2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 72 milyon 236 min manat artıb.

Cari ilin 9 ayı ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) 155 milyon 688 min manat artaraq 1 milyard 447 milyon 72 min manata çatıb.

Cari ilin 9 ayı ərzində “Kapital Bank” kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatı  64 milyon 935 min manat artırıb və 30 Sentyabr 2019-cu il tarixində 274 milyon 439 min manat təşkil edib.

Min manatla

31 Dekabr 2018

30 İyun 2019

30 Sentyabr 2019

Müştərilərə verilən kreditlər

1500888

1649275

1721511

Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

209504

242902

274439

Xalis kreditlər

1291384

1406373

1447072

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et