“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb | Banco.az

“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb

“Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.

Banco.az xəbər verir ki, imzalanma mərasimində Bankın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İBM-in Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak ediblər.

IBM memarandum çərçivəsində “Kapital Bank”ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçirəcək. Bundan başqa, xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən "workshop"lar təşkil ediləcək.

Nahid Zeynalov tədbir çərçivəsində cari ilin oktyabrında IT forumun keçiriləcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

“Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Bu günki tərəfdaşlıq müqaviləsi gələcəkdə daha sıx əməkdaşlıqların yaranmasına gətirib çıxaracaq. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabrında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə IT forumun keçirilməsi nəzərdə tutulur.”

Qeyd edək ki, İBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” isə 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et