Kapital Bank-dan 2 VAKANSİYA ELANI | Banco.az

Kapital Bank-dan 2 VAKANSİYA ELANI

Kapital Bank-da işləmək istəyənlər üçün Fürsət! Bank 2 vakansiya üzrə işçi axtarır. Vakansiyalar üzrə məlumatla tanış olun:

1. Kapital Bank namizədləri Zərdab, Ağcabədi,  Şəki, Lənkəran, Füzuli və Bakı filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

  • Müştərilərə xidmət
  • Sürətli pul köçürmə əməliyyatlarının aparılması
  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
  • Dövlət rüsumlarının  və kommunal ödənişlərin qəbulu
  • Ödənişkartları üzrə əməliyyatların aparılması
  • Ödəniş kartları üzrə əməliyyatların aparılması

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 1 il iştəcrübəsi arzuolunandır
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

 

Ən sərfəli kredit üçün müraciət et

2. Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Satınalmaların təşkili və tələbolunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqaviləvə s. sənədlərin hazırlanması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • İT Sahəsi üzrə məlumatların olması üstünlük təşkil edir;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
  • Satınalma sahəsində 2-3 illik iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel və MS Word biliyi.

Müraciət üçün mail ünvanı : [email protected] 

Ən sərfəli krediti almaq üçün müraciət et