Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün vəsait cəlb edib | Banco.az

Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün vəsait cəlb edib

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quru yatağında qazma işləri üçün vəsait cəlb edib.

Şirkət Kanada və Böyük Britaniyada səhmlərdən 607 min funt-sterlinq əldə edib.

Vəsait Azərbaycandakı əməliyyatlarda investisiyanı artırmaq və ümumi işlərə yönəldiləcək.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

Ən sərfəli kredit üçün müraciət et

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et