İyun ayında gömrük daxilolmaları 13 faiz artıb | Banco.az

İyun ayında gömrük daxilolmaları 13 faiz artıb

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38.303,3 min manat və yaxud 13,05 faiz çoxdur. Ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 milyon 325,4 min manat, yaxud 13,2 faiz artaraq 80 milyon 19,1 min manat olub.

ƏDV üzrə daxilolmalar 25 milyon 369,2 min manat, yaxud 12,5 faiz artaraq 227 milyon 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 milyon 263,5 min manat, yaxud 18,8 faiz artaraq 20 milyon 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat, yaxud 11,6 faiz artaraq 3 milyon 323,1 min manat təşkil edib.

 

Gömrük rüsumu üzrə

ƏDV üzrə

Aksizlər üzrə

Yol vergisi üzrə

CƏMİ

Yanvar

76.480,4

233.048,7

16.862,3

3.254,3

329.645,7

Fevral

72.164,3

248.642,9

12.048,5

3.176,9

336.032,6

Mart

78.669,9

21.8165,1

48.162,3

33.94,4

348.391,7

Aprel

87.485,8

267.921,3

18.990,6

3.391,2

377.788,9

May

89.138.3

228.733.8

20.141.1

3.625.3

341.638,5

İyun

80.019.1

227.727.6

20.593.7

3.323.1

331.663,5

Ən sərfəli kredit üçün müraciət et

 

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et