İxracı 83 faiz artdı, Azərbaycana yarım ildə 1 milyard dollar daxil oldu | Banco.az

İxracı 83 faiz artdı, Azərbaycana yarım ildə 1 milyard dollar daxil oldu

Bu ilin 1-ci yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 5 milyard  664 milyon 612 min kubmetr həcmində təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu miqdarda təbii qazın dəyəri 1 milyard  47 milyon 681 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.

Bu ilin 1-ci yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.

 

Azərbaycan neft ixracını 17% artırıb

Bu ilin 1-ci yarısında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 15 milyon 833 min 151 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edilib. Bu həcmdə məhsulun dəyəri 7 milyard 671 milyon 234  min ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.

Bu ilin 1-ci yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.

 

Neft məhsullarının ixracı azalıb

Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 520 min 998 ton neft məhsulları ixrac edilib.Bu miqdarda neft məhsullarının dəyəri 261 milyon 182,53 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% olub.

Bu ilin I yarısında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 4,9%, dəyəri isə 7,6% azdır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç