İtaliyanın iri bankının gəlirləri və xalis mənfəəti azalıb | Banco.az

İtaliyanın iri bankının gəlirləri və xalis mənfəəti azalıb

İtaliya bankı "UniCredit" 2019-cu ilin 2-ci rübündə 1,85 milyard avro xalis mənfəət əldə edib. Bu, analitiklərin 2,20 milyard avroluq proqnozundan azdır.

Bank 2019-cu il üzrə cəmi gəlir proqnozunu 19,8 milyard avrodan 18,7 milyard avroya endirib.

"UniCredit" 2-ci rübdə 4,52 milyard avro cəmi gəlir əldə edib. Proqnoz 4.63 milyard avro idi.

Ən sərfəli kredit üçün müraciət et

Aprel-İyun dövründə Bankın faiz gəlirləri 2,55 milyard avro təşkil edib, bu da 2,57 milyard avroluq proqnozdan aşağıdır.

Bankın haqq və komissiya gəlirləri isə 1,57 milyard avro olub. Proqnoz da 1,57 milyard avro idi. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et