İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına 500 mln. dollardan çox investisiya qoyub | Banco.az

İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına 500 mln. dollardan çox investisiya qoyub

Bakıda Azərbaycan-İtaliya dəyirmi masaları açılıb. 

Açılış mərasimində iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak edib. 

O bildirib ki, son 2 gündə Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün bir sıra tədbirlər keçirilib: "Bugünkü tədbir də bu istiqamətdə böyük addımdır". 

Nazir müavininin sözlərinə görə, Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verir: "İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmizin 20%-i və yaxud 4,7 mlrd. ABŞ dolları dəyərində hissəsi İtaliyanın payına düşüb. Bu ölkənin 100 şirkəti Azərbaycanda dövlət qeydiyyatından keçib və həm neft, həm də qeyri-neft sektorlarında fəaliyyət göstərərək ölkə iqtisadiyyatına 500 mln. dollardan çox investisiya qoyublar. Azərbaycan isə, öz növbəsində, İtaliyaya 140 mln. dollardan çox investisiya yatırıb. Cənub Qaz Dəhlizində İtaliyanın rolu çox önəmlidir".

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et