İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir | Banco.az

İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir

İsveçrə bankı - Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.

Bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.

"Bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək", - Mario Al Jebour deyib.

Ən sərfəli kredit üçün müraciət et

O vurğulayıb ki, BCGE Cenevrə iqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd. İsveçrə frankı təşkil edir".

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et