İstehlak vergilərində ƏSAS PROBLEM | Banco.az

İstehlak vergilərində ƏSAS PROBLEM

İqtisadçı ekspert Rövşən Ağayev istehlak vergilərinin hökumətin vergi gəlirlərində payından yazıb.

R. Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, istehlak vergilərinə əsasən ƏDV və aksizlər daxildir:
“OECD-nin yenicə açıqladığı hesabata görə təşkilata üzv olan ölkələrdən yalnız Çilidə istehlak vergiləri cəmi vergi daxilolmalarının 40%-i qədər olub. Yerdə qalan 40-a yaxın ölkədə isə 15-30% intervalında dəyişib. Məsələn, Almaniyada 19%, Macarıstanda 29% təşkil edib.

2017-ci ildə Azərbaycanda bu göstərici 49%, sosial sığorta ödənişləri nəzərə alınmaqla 41% təşkil edib.

Problem onda deyil ki, bizdə ƏDV-nin dərəcəsi çox yüksəkdir. Əsas problem odur ki, bizdə sahibkar və biznes büdcənin yükünü çəkə bilmədiyinə, maaşlar çox aşağı olduğuna görə büdcənin vergi yükü istehlakçının çiynindədir.

Bir mühüm səbəb də var: bir çox ölkədə ƏDV-nin azadolunmalarla yanaşı differensial dərəcələrindən geniş istifadə edilir”.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et