İstanbulda metro və avtobuslar 24 saat işləyəcək | Banco.az

İstanbulda metro və avtobuslar 24 saat işləyəcək

İstanbulda 30 Avqust tarixindən etibarən metro və avtobuslar 24 saat ərzində fəaliyyət göstərəcək.

Banco.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu məlumat verib.

Bakırköy Cem Karaca Mədəniyyət Mərkəzində qatar sürücülərinin iştirakı ilə toplanış mərasimi keçirilib. Bir dəqiqəlik sükut və İstiqlal Marşıyla başlayan tədbir metro nəqliyyatının özəlliklərindən bəhs edən filmin izlənilməsi ilə davam edib. Daha sonra İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu çıxış edib.

Ən sərfəli kredit üçün müraciət et

"Bildiyiniz kimi bu şəhər 24 saat ərzində aktiv həyat rejimində yaşayır. Şəhərin hər nöqtəsi bir-birindən fərqlidir. Uzun illər müzakirə edilən 24 saatlıq nəqliyyat qrafikinin tətbiqi nəhayət 30 avqust tarixindən etibarən gerçəkləşdiriləcək”

Aida İSAQ,Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç