İşsizlikdən sığorta haqqına hansı ödənişlər cəlb edilir?! | Banco.az

İşsizlikdən sığorta haqqına hansı ödənişlər cəlb edilir?!

Bildiyiniz kimi, cari ilin yanvar ayının 1-dən əmək haqqlarından işsizlikdən sığorta haqqı tutulur. Məbləğin 0.5%-i işəgötürənin hesabına, 0.5% isə işçinin əmək haqqından ödənilir.

Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin 157-ci maddəyə əsasən, əmək haqqının tərkibinə aylıq tarif vəzifə maaşı, əlavələr və mükafatlar aiddir.

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən, müəssisənin əməyinin ödəniş sisteminə uyğun olaraq əmək haqqı fondundan ödənilən bütün ödənişlərdən işsizlikdən sığorta haqqı hesablanmalıdır və heç bir azadolma nəzərdə tutulmamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, zərərin əvəzinə görə verilən ödənişlərə, müavinətlərə, təqaüdlərə, birdəfəlik yardımlara və ümumiyyətlə, işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olmayan və əmək haqqı fondundan ödənilməyən digər ödənişlərə görə işsizlikdən sığorta haqqı hesablanmamalıdır.

P.S. Hər ay üçün işsizlikdən sığorta haqqı növbəti ayın 15-dək ödənilməlidir.

Khadija Salahli

Ən sərfəli krediti almaq üçün müraciət et