İspaniyada işsizlik səviyyəsi artmaqda davam etsə də, ölkə rəhbərliyi gərgin vəziyyəti görməzdən gəlir | Banco.az

İspaniyada işsizlik səviyyəsi artmaqda davam etsə də, ölkə rəhbərliyi gərgin vəziyyəti görməzdən gəlir

Yeni il bayramının bitməsi ilə İspaniyanın xidmət sektorunda yaradılmış müvəqqəti iş yerləri də yoxa çıxıb. Yanvar ayında işsizlərin sayı 114 min nəfər artaraq 4.8 milyon nəfərə çatıb.

Amma Məşğulluq Nazirliyi hesab edir ki, ölkədə hökm sürən vəziyyət elə də acınacaqlı deyil. Çünki bu göstərici hər ilin yanvar ayında mütləq artır. Bu il isə son 7 ilin ən aşağı göstəricisi müşahidə olunmaqdadır.

Məşğulluq məsələləri üzrə dövlət katibi Enqrasiya İdalqo bildirmişdir: "İşsizlik səviyyəsinin artmasına baxmayaraq, son aylar müsbət hallar da qeydə alınmışdır. Belə ki, əmək birjasında qeydiyyatdan keçmiş insanların, eləcə də işə götürülən insanların sayına nəzər yetirdikdə vəziyyətin əslində təsvir olunduğu qədər acınaqlı olmadığını görmək mümkündür."

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin sonlarında İspaniya işsizlik səviyyəsinə görə digər Avrozona ölkələrini geridə qoyurdu. Ölkədə əmək qabiliyyətli əhalinin 26%-i işsizdir.

Banco.az/Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et