İspaniya və Böyük Britaniya Gibraltar üzrə vergi müqaviləsi imzalayıblar | Banco.az

İspaniya və Böyük Britaniya Gibraltar üzrə vergi müqaviləsi imzalayıblar

Sazişin əsas məqsədi Böyük Britaniyaya aid offşor zonada vergi fırıldaqçılığına, eləcə də çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsidir. İspaniya üçün məsələnin əhəmiyyətli tərəfi bundadır ki, Gibraltarın Avropa İttifaqından çıxması vergi fırıldaqçılığına və vergidən yayınmaya qarşı mübarizə ilə bağlı İspaniyanın maraqlarına uyğun formada baş versin. İspaniya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, sazişin mətnində Gibraltarda fəaliyyət göstərən fiziki şəxslər və digər təşkilatlar gəlirlərinin əsas hissəsini İspaniyada əldə etdikləri, eləcə də aktivlərinin böyük hissəsi burada yerləşdiyi, şirkət sahiblərinin və ya rəhbərlərinin İspaniyada yaşadıqları hallarda onların öz vergi rezidentliyini bu ölkədə qeydə aldırması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu sənəd, İspaniya ilə Birləşmiş Krallıq arasında Gibraltar üzrə 1713-cü ildə imzalanmış Utrext sazişindən sonra imzalanmış ikinci sazişdir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et