İşləmək üçün ən yaxşı iş yeri | Banco.az

İşləmək üçün ən yaxşı iş yeri

Məlumata görə, “Google” şirkəti ən yaxşı iş yeri hesab edilib. Dünyanın bir nömrəli axtarış sistemi bu reytinqdə öz mövqeyini üçüncü ildir ardıcıl qoruyub saxlayır. Siyahının tərtibi zamanı nəşrin ekspertləri bir çox nüansları, həmçinin aksiyaların qiymətini, dərsdənkənar iş ödənişinin səviyyəsini, əməkdaşların sağlamlığı haqqında qayğını və bəzi başqa parametrləri nəzərə alırlar.
 “Qualcomm” şirkəti ötən illə müqayisədə iş axtaranlar üçün marağını itirərək 32-ci yerdə qərarlaşıb. O zaman simsiz rabitə vasitələrinin hazırlanması və tədqiqatı üzrə şirkət 11-ci yerdə olub.
“Cisco” 42-ci yerdən 55-ə, “Autodesk” 54-dən 70-ə, “Intel” 68-dən 84-ə, “Microsoft” 75-dən 86-ya yuvarlanıb, “Adobe Systems” 83-cü olub (ötənilki reytinqdə şirkət yer almayıb), “Hitachi Data Systems” "işləmək üçün 100 ən yaxşı şirkət" siyahısını tərk etməyə çox yaxındır.

Ən sərfəli kredit üçün müraciət et

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et