İşçilərinizi necə motivasiya edə bilərsiniz? | Banco.az

İşçilərinizi necə motivasiya edə bilərsiniz?

“Google” şirkətində işçilər iş vaxtının 20%-ni (bu, həftədə 1 günə bərabərdir) sırf öz işlərinə və şəxsi maraqlarına sərf edə bilərlər. Daniel Pink hesab edir ki, məhz bunun sayəsində Gmail, Google News, Orkut и AdSense yaranıb. Hələ 1948-ci ildə “3M” şirkəti iş vaxtının 15%-ni  işçilərin ixtiyarına verirdi ki, qərar qəbul etsinlər və ya mürgüləsinlər. Bunun sayəsində indi qeyd vərəqləri və izolentdən istifadə edirik.

Həmçinin oxu: Karyera yüksəlişinə mane olan 6 yanlış fikir

Hər kəsə təsir edə biləcək unikal motivasiya metodları mövcud deyil. Bir işçini həvəsləndirən metoda digər işçi reaksiya verməyə bilər. İşçilərə fərdi yanaşın. Ancaq bu yolla möhtəşəm və uğurlu nəticələr əldə etmək olar. Tövsiyələrə diqqət edin:

1. Analitiklər bilmək istəyir ki, layihə önəmlidir və gördükləri iş layihənin uğuru üçün vacibdir. Onlara elə bir lider lazımdır ki, səriştəli olsun və bütün komandaya uğur gətirsin. Analitiklər gördükləri işin müqabilində zəhmət haqqı gözləyirlər. Bu işi tək gördükləri halda bütün komandanı mükafatlandırsanız, bu tip işçiləri məyus edəcəksiniz.

2. Konstruktiv şəxsiyyətlər bilmək istəyir ki, şirkətin inkişafına töhfə verirlər. Onlar təşkilatçı, səriştəli, detallara diqqətlə yanaşan lider görmək istəyirlər. Bu tip işçilər müvafiq vəziyyətlərdə yazılı təşəkkür almağı sevirlər. Siz onları elektron poçt vasitəsilə həvəsləndirə bilərsiniz.

3. Sosial insanlar iş kollektivi və şirkət üçün dəyərli olduqlarını hiss etmək istəyir. Belə insanlar onlara inanan və güvənən lider üçüb çox şey edə bilərlər. Bu tip əməkdaşlar şəxsən liderdən mükafat almaq istəyirlər. Əgər siz yazılı ünsiyyəti xoşlayırsınızsa, belə işçiyə məktub göndərin.

Həmçinin oxu: İş yerində xoşbəxt olduğumuzu niyə gizlətməliyik?

4. Novatorlar baş verən hər şeyin mahiyyətini anlamalıdırlar. Onlar üçün hər şeydən çox ümumi mənzərə əhəmiyyətlidir. Novatorlar yaradıcı və qeyri-ənənəvi mükafatları bəyənirlər.

Ən sərfəli kredit üçün müraciət et

5. ”Sakit” işçilərə məxsusi nəsə lazım deyil. Onlar üzbəüz şəxsi ünsiyyəti qiymətləndirirlər.

6. Ekspressiv əməkdaşlar tapşırıq açıq müzakirə ediləndə motivasiya olunurlar. Onlar hər kəsin içində təqdir edilməyi və möhtəşəm mərasimləri sevirlər.

7. ”Sülhməramlılar” ümid edirlər ki, hər kəs eyni yolla hərəkət edəcək. Onlar heç vaxt mükafat və ya tərif tələb etməyəcəklər. Odur ki, bunu özünüz edin.

8. Sərt təbiətlilər şəxsi düşüncələrinə böyük dəyər verir. Əgər sizin fikriniz onların fikri ilə üst-üstə düşürsə, bu özü də motivasiyadır. Motivasiya olaraq nə istədiklərini elə özləri sizə açıq-aşkar deyəcəklər.

Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?

9. “Komanda oyunçuları” liderlərinə və öz işlərinə əmin olmaq istəyirlər. Onlar əvvəldən bilmək istəyir ki, necə mükafatlandırılacaqlar. Vədlərinizə əməl edin.

10. Çevik insanlar həmişə komanda ilə birlikdə hərəkət edirlər. Layihə onların mənəviyyatına və inanclarına uyğun olmayanda isə komanda işində iştirak eləmirlər. Bu tip işçilər hər növ mükafatlandırmanı xoşlayır.

Əməkdaşların içindəki ən zəif bəndə fikir verin. Əgər kollektivdə tənbəl işçi varsa və o, həmişə vəziyyətdən çıxırsa, digər işçilərin motivasiyasını aşağı salacaq.

Həmçinin oxu: Liderlərin yol verdiyi 3 BÖYÜK səhv

 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et