İşçilər nə üçün işdən çıxarılır? - Ən geniş yayılmış səbəblər | Banco.az

İşçilər nə üçün işdən çıxarılır? - Ən geniş yayılmış səbəblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşdən çıxarılmaq və ya daha pis halda “qovulmaq” da təəssüf ki, iş həyatının bir hissəsidir.

Müəssisə sahibləri üçün bir insanı işə götürmək hər zaman bir riskdir. İşdən çıxarılmaq isə işçilər üçün özlüyündə bir risk təşkil edir.

Bir çox hallarda isə hansı sektorda və ya hansı müəssisədə çalışmasından asılı olmayaraq işçilərin qarşılaşdıqları işdən çıxarılmalarına səbəb olan hallar oxşar olur. Bugünkü məqaləmizdə tez-tez rastlaşdığımız geniş yayılmış işdən çıxarılma səbəblərini təqdim edirik.

1. Gözləntiləri qarşılaya bilməmək

Related image

Hər bir vəzifənin özünə məxsus iş öhdəlikləri vardır.

Təbii ki, işçilər onlardan tələb edilən öhdəlikləri yerinə yetirə bilmədikləri zaman müəssisə sahibi onlarla yollarını ayırıb yerinə başqa namizədlərə şans verəcəklər.

2. Daima işə gecikmək

İşə bir neçə dəfə gecikmək qəbul edilən haldır. Yaşadığınız şəhərdə tıxaclar, hava şəraiti ilə əlaqədar yollarda problemlər, səhhətinizlə bağlı hallar hər kəsin başına gələ bilər. Odur ki, belə hallar heç bir işdə istisna edilmir.

Ancaq işə gecikmək artıq sizin üçün bir vərdişə çevrilibsə, həyəcan siqnalı çalınır deməkdir. Üstəlik də bunun səbəbkarı məhz özünüzsünüz.

İşə qəbul edilərkən iş saatları müqavilədə açıqca qeyd edilir. Odur ki, bu maddəni pozmağınız işinizdən olmağınıza səbəb olacaqdır.

3. Yalan danışmaq

Image result for yalan söylemek

Bir insanı xəstə olduğu üçün işdən çıxarmaq qanuni deyildir.

Ancaq xəstəliklə bağlı yalan danışsanız, başınıza iş aça bilərsiniz. Xəstə olmadığınız halda, yalan danışaraq işə getmədiyinizdən rəhbəriniz xəbər tutsa, nəticə heç də ürəkaçan olmaz.

“Reuters”in xəbərinə görə, Amerikadakı işdən çıxarılma hadisələrinin 15% - də heç bir əsaslı səbəb olmadan işə getməmək yer alır.

4. İş yerində qeyri-etik davranışlar nümayiş etdirmək

İş yerindəki insanlarla daima münaqişə etmək və ya həddindən artıq səmimi rəftar etmək də iş mühiti üçün xoş qarşılanmır. Komanda işində iştirak etməyən, həmişə tək başına işini icra etməyən çalışan, ancaq bu halda belə uğurlu nəticə göstərə bilməyən, iş yoldaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirən işçilər də işdən çıxarılmağa ən yaxın olanlardır.

Onu da xüsusilə qeyd edək ki, işdən çıxarılma səbəbi kimi işçinin qeyri-etik davranışlarının göstərilməsi onun gələcək karyerası üçün heç də xoşagələn hal hesab edilmir.

5. Ofisdə başqa işlərlə məşğul olmaq

Image result for mesai saatinde başka işlerle uğraşmak

İş saatları ərzində şirkət üçün edilməli işlər əvəzinə şəxsi işləri ilə məşğul olan işçilər də işdən çıxarılma təhlükəsi altındadırlar. İşdə işlə əlaqəli olmayan həddindən artıq çox sayda telefon danışığı etmək, əlavə gəlir mənbəyi üçün çalışdığı digər işinə daha çox vaxt ayırmaq və s. bu qəbildən olan səbəblərdir.

Ən sərfəli kredit üçün müraciət et

6. İşə spirtli içkilərdən istifadə etmiş halda gəlmək

Aparılan bir araşdırmaya görə, iş yerində spirtli içkilərdən istifadə etmək və ya işə sərxoş halda gəlmək idarəçilərin bir işçini işdən çıxarmaq üçün ən əsaslı səbəblərindən biridir.

7. İşdə qeybət etmək və ya nalayiq sözlər işlətmək

Related image

Xüsusilə də şirkət daxilində müdirə və ya digər rəhbərlərə qarşı birbaşa və ya dolayısıyla nalayiq tərzdə danışsanız və bundan onların xəbəri olsa, işdən çıxarılmağa hazır olmalısınız.

Bu maddə sosial media üçün keçərlidir. Belə ki, sosial media hesablarınız vasitəsilə rəhbərləriniz və ya şirkətiniz haqqında xoşagəlməz fikirlər bəyan etmək də sizin üçün təhlükəli olacaqdır.

8. İş kompüterindən başqa məqsədlər üçün istifadə etmək

Image result for computer games at work

İş yerində sizin ixtiyarınızda olan kompüterdən müxtəlif oyunlar oynamaq, işlə əlaqədar olmayan saytlarda vaxt keçirmək və ya həddindən artıq sosial şəbəkələrdə gəzmək də sizin işdən uzaqlaşdırılmağınız üçün bir səbəb ola bilər.

Unutmayın ki, artıq texnologiyanın inkişafı elə bir səviyyədədir ki, hansı saytlara daxil olduğunuz, kompüterdən hansı məqsədlərlə istifadə etdiyinizdən müdir və ya rəhbərləriniz dərhal xəbər tuta bilərlər.

9. Pul oğurlamaq

Bir işçinin işinə dərhal son verilməsinin əsas səbəblərindən bəlkə də birincisi öz səlahiyyətlərindən sui-istifadə edərək şirkətin kassasından pul götürməsidir.

Aparılan bir araşdırmaya görə, belə bir iş tutanların təkcə 10% - i sonradan bu əməlini etiraf edir. İşverənlərin isə 40% iş yerində oğurluq səbəbilə işçiləri işdən azad edirlər.

10. Ofisdə dini, siyasi və ya ideoloji mövzularda mübahisə yaratmaq

Related image

Hansı işdə çalışmağınızdan asılı olayaraq sizin ilkin vəzifəniz həmin müəssisəyə maddi baxımdan faydalı olmaqdır.

Bunun əvəzinə ofisdə digər işçilərlə insanların həssas yanaşdıqları mövzularda (dini, siyasi və ya ideoloji) mübahisə etdiyiniz təqdirdə təbii ki, işdən çıxarılma təhlükəsi ilə üzləşməyiniz labüddür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et