İş performansınızı artıracaq 4 vərdiş | Banco.az

İş performansınızı artıracaq 4 vərdiş

Bu dörd vərdişi, hər gün təkrarlayaraq daha məhsuldar ola bilərsiniz. Sahibkarlar, dünya liderləri və professional idmançıların ortaq bir xüsusiyyəti vardır: Hamısının maraqlı vərdişləri var. 

Bir neçə kiçik ritual vərdişi qorumaq, performansı artıracaq təsir yarada bilər. Bəzi hesablara görə, insanların 45%-i onlar üçün çətin olan vəziyyətlərdən əvvəl, ritual davranışlarını reallaşdırdığını etiraf edib.

Sayacağımız dörd vərdiş iş performansınızı artırmağa yardımçı olacaqdır.

1. İşə bir az erkən başlayın

Təməl davranışlarla başlayaq. Erkən işə başlamaq qulağa xoş gəlməyə bilər, ancaq vərdiş halına çevrildikdə baxış bucağınızı inkişaf etdirmiş olacaqsınız.

Açıq desək, səhər erkən gedib işə 30 dəqiqə əvvəl başlamalı oluğunuzu demirik. Məqsəd, sabit bir zamanda oyanma və tıxacda hirslənmədən işə gedə bilməyinizi təmin etməkdir. Hər səhər yalnız bir neçə dəqiqə yuxunuzdan imtina etməklə bunu vərdiş halına gətirsəniz, həyatınızdan narahatlıq və stressi çıxara bilərsiniz. Bununla da, iş yerində də ruh halınız və performansınız artacaq.

2. Görə biləcəyiniz hər yerə özünüz üçün qeydlər qoyun.

İlhamın nə zaman gələcəyi bəlli deyil, kimi zaman işə gedərkən, kimi zaman isə yatmazdan əvvəl ... Bu səbəblə, idealarınızı unutmamaq və qiymətləndirmək üçün qeydlər aparmağa laqeyd yanaşmayın!

Ən sərfəli kredit üçün müraciət et

Qoyduğunuz qeydlər əvvəlcə pis bir vərdiş kimi görünə bilər. Yaddaşınızın yaxşı olmaması və unutqan olduğunuz haqqında təəssürat yarada bilər ... Lakin, işinizdə müxtəlif qeydlər apararaq, aktiv, məhsuldar və qorxusuz bir yaradıcı zehinə sahib ola bilərsiniz. Əhəmiyyətli olan bunu vərdiş halına gətirməyinizdir.

3. Duyğularınızı ələ almaq üçün onları vizuallaşdırın

Yüksək performans tələb edən hər hansı işdən əvvəl duyğularınızı birbaşa bir kağıza töküb onu təsvir edərək həyəcanınızı azalda bilərsinz. Amma mütləq necə hiss etdiyiniz haqqında dürüst olun. Sonra, duyğularınızı təsvir etdiyiniz kağızı cırıb atın. Bundan sonra özünüzü yüngülləşmiş hiss edəcəksiniz.

Bunu müsahibə əvvəli də tətbiq edə bilərsiniz. Beləcə diqqətinizi etmək istədiyiniz işə fokuslaya bilərsiniz. Nəticə olaraq, işlərinizdə böyük bir fərq yaratdığınızı görəcəksiniz.

4. İş yerinizin təşkili üçün hər səhər bir dəqiqənizi ayırın

Masalarımız, iş fəaliyyətimizi həyata keçirdiyimiz sahə, işdə keçirdiyimiz zaman əslində evimizin bir hissəsi kimidir. Amma iş yerində evinizdəki kimi hiss edə bilirsinizmi? Çalışdığınız yerdə özünüzə aid bir sahə yaradın. Hər səhər gəldiyinizdə, hər şeyin olmasını istədiyiniz yerdə olduğundan əmin olun. Həmçinin, lazımlı bütün vasitələrin asanlıqla əldə edə biləcəyiniz yerdə olub olmadığını yoxlayın. 

Bu davranış xüsusilə, psixoloji olaraq sizi rahatlaşdıracaq və gördüyünüz işə daha çox hakim olmağınıza səbəb olacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et