İş həyatında uğur qazanmaq istəyirsinizsə, bu şəxsləri MÜTLƏQ izləyin | Banco.az

İş həyatında uğur qazanmaq istəyirsinizsə, bu şəxsləri MÜTLƏQ izləyin

Güman ki, ailəniz, sosial əhatəniz və iş yoldaşlarınızla əlaqədə olmaq üçün istifadə etdiyiniz ən az bir sosial media hesabınız mövcudur. Ətrafınızdakı insanlarla əlaqədə qalmaqla yanaşı Facebook və ya Twitter kimi sosial şəbəkələrdə tanınmış sahibkarları və iş dünyasının digər məşhur simalarını da izləyirsiniz. Bu tanınmış insanlar şəxsi həyatları, macəraları, tətil şəkilləri ilə yanaşı ilham verici fikirlər və faydalı məlumatlar da paylaşırlar.

1. Mark Zuckerberg: Özünüzə meydan oxumaq istəyirsinizsə

Facebook şirkətinin CEO – su Mark Zuckerberg dünyadakı ən varlı şəxslərdən biri olaraq hazırda özünün yaratdığı sosial media şəbəkəsi olan Facebook platformasında 118 milyon izləyiciyə sahibdir. İş həyatında özünüzü təkmilləşdirmək istəyirsinizsə, siz də bu siyahıya qoşulmalısınız.

Həmçinin oxu: İlon Mask, Zuckerberg yoxsa siz daha çox kofe içirsiniz?

2. Tony Robbins: Puldan məharətlə istifadə etmək üçün

Twitter və Facebook sosial şəbəkələrində 3 milyon izləyicisi və 500 milyon dollar dəyərində sərvətilə Tony Robbins pulunuzdan səmərəli istifadə etmək üçün ən ideal maliyyə mütəxəssisidir. Sözləri ilə ilham verici bir şəxs olan Robbins twitter izləyicilərinə “İstədiyinizə nail olmaqda sizə mane olan şey ona nə üçün sahib ola bilməyəcəyinizlə bağlı hekayələr uydurmağınızdır.” deyə tövsiyə verir.

3. Warren Buffet: Uğurlu sərmayəçi olmaq üçün

65 milyard dollarlıq sərvəti ilə dünyanın ən uğurlu sahibkarlarından biri olan Buffet gəlirinizi və investisiyalarınızı artırmaqla bağlı tövsiyə ala biləcəyiniz mühüm bir simadır.

Twitter : @WarrenBuffett

4. Bill Qeyts: Liderlik tövsiyəsi almaq üçün

Image result for bill qeyts

Microsoft firmasının qurucusu Qeyts 90 milyard dollarlıq sərvəti ilə texnologiyaya maraq göstərənlər üçün izlənilməli şəxslərdən biridir. 20 milyon izləyicisi ilə LinkedIn platformasında Qeytsin liderlik və uğura nail olmaqla bağlı paylaşımlarından faydalana bilərsiniz.

5. Tim Ferris: Cəsur olmaq üçün

Image result for tim ferriss

Aparıcı, yazıçı, sahibkar və texnologiya üzrə yatırımlar edən Tim Ferriss ən çox satılan biznes kitabı “4 saatlıq iş həftəsi” (The 4-Hour Workweek) də daxil olmaqla bir çox kitabın müəllifidir. 1.6 milyon Twitter istifadəçisi olan Ferriss məhsuldar olmaq və cəsarəti artırmaq üçün mütləq izləməli olduğumuz bir şəxsdir.

6. Ceff Bezos: Pərakəndə ilə bağlı məsləhətlər üçün

Ən sərfəli kredit üçün müraciət et

Image result for jeff bezos

Amazon şirkətinin qurucusu və Washington Post xəbər agentliyinin sahibi olan Bezos 70 milyard dollarlıq sərvəti və 914 min izləyicisi ilə texnologiya, yatırım və pərakəndə sektoru üzrə izləməli olduğunuz bir simadır.

Həmçinin oxu: Ceff Bezosun 20 il əvvəl irəli sürdüyü və doğru çıxan 5 proqnozu

7. Robert Kiyosaki: Daha yaxşı investor olmaq üçün

Borclarınızın öhdəsindən gəlmək istəyirsinizsə, sahibkar, yazıçı və təlimçi Robert Kiyosaki – ni izləyə bilərsiniz. Kiyosaki 1.2 milyon Twitter və 4 milyon Facebook izləyicisinə müntəzəm olaraq fərdi maliyyə tövsiyələri verir. Baxış bucağınızı dəyişdirməyə hazırsınızsa, Kiyosaki mütləq izləməli olduğunuz bir şəxsdir.

8. Clark Howard: Alış-veriş tövsiyələri üçün

Vəkil və yazıçı Clark Howard pulun idarə edilməsi ilə bağlı səriştəsi səbəbilə çox saylı istifadəçiyə sahibdir. Gəlir səviyyənizdən asılı olmayaraq maliyyə vəziyyətinizi yaxşılaşdırmağa dair praktik məlumatlar üçün Howard-ı izləməlisiniz.

9. Robert Herjavec: İşinizdə gəlir əldə etmək üçün

Xidmət və ya məhsul satışı ilə məşğul olan bir müəssisəniz varsa və satışı düzgün təşkil etmək və ya gəlir əldə etmək üçün tövsiyəyə ehtiyac duyursunuzsa, Robert Herjavec sosial mediada izləməli olduğunuz simalardan biridir.

LinkedIn platformasında çox saylı izləyicisi olan, ABC – də Shark Tank ilə tanınan və informasiya təhlükəsizliyi şirkəti Herjavec Group – un qurucusu Robert Herjavec sahibkarlıq karyeranızda böyük sıçrayışa köməkçi ola bilər.

10. Riçard Branson: Böyük düşünmək üçün

Virgin Group şirkətinin qurucusu Riçard Branson bir markanı necə böyütməli olduğunuzu sizə öyrədəcək şəxsdir. Branson izləyicilərinə xəyalları gerçəkləşdirməklə bağlı hər zaman ümidli olmağı məsləhət görür. Macərapərəst və iş zəkası yüksək olan Branson twitter hesabından etdiyi paylaşımlarından birində “Böyüməyə dair ən yaxşı tövsiyəm nə ola bilər? Səhvləriniz barəsində düşünün.” deyərək böyük egoya sahib olmadan böyük düşünməli olduğuqlarını izləyicilərinə tövsiyə etmişdi.

Həmçinin oxu: Bu 5 nəfəri Linkedln – də mütləq izləyin!

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç