İş dəyişdirmək vaxtıdır! | Banco.az

İş dəyişdirmək vaxtıdır!

İşə qəbul ola bilmək bir dərddirsə, işi dəyişdirmə qərarı almaq min dərddir. Amma hər halda bu hal hamıda yaşanır. Bəs işi dəyişdirmə vaxtının gəldiyini necə anlamaq olar?

- Əgər işiniz sizə nəsə öyrədə bilirsə, həyatınıza yenilik qatırsa, bu əladır. Yox əgər, illərlə işləməyinizə baxmayaraq, hələ də heç bir şeyə nail ola bilməmisinizsə, əksinə daha da geriyə gedirsinizsə, yeni üfüqlərə yola çıxmağın vaxtı gəlib çatıb.

-Bütün günü səylə çalışıb, canınızı, vaxtınızı işə qoyursunuz. Amma, adicə quru afərin sözü belə sizə çox görülür. Qİymət verilməyəndə həvəs ölür. Gördüyünüz iş gözünüzdən düşür.

Ən sərfəli kredit üçün müraciət et

O işdə qalmağınız üçün səbəb olmur

- Pul hər şey demək deyil, amma çox şeydir. Yaşamaq üçün pul lazımdır. Gördüyünüz işin müqabilində sizə uyğun əmək haqqı verilmirsə, o işdə qalmağa səbəb də yoxdur.

-Artıq gəmidə çatlar əmələ gəlibsə, iş yoldaşlarınızla səylə çalışsanız da kapitanlar heç bir şey edə bilmirsə və artıq o gəmiyə sular dolursa, axıra qalanlardan olmağa ehtiyac yoxdur. Pencəyinizi götürüb çıxın.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et