İraq və Oman OPEC+ müddətsiz xartiyasını ratifikasiya edib | Banco.az

İraq və Oman OPEC+ müddətsiz xartiyasını ratifikasiya edib

İraq, Oman və OPEC+ sazişində iştirak edən bir sıra digər ölkələr OPEC+ müddətsiz xartiyasını ratifikasiya edib.

Bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.

"Ratifikasiya hər bir ölkə üçün individual prosesdir. Ancaq bəzi ölkələr artıq bunu edib. Məsələn, Omanla İraq parlamentlərinin xartiyanı artıq təsdiqlədiklərini söyləyib", - o deyib.

Qeyd edək ki, 24 OPEC+ ölkəsi iyulda Vyanada keçirilən iclasda müddətsiz əməkdaşlıq xartiyası imzalayıb.

OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. İyuldakı görüşdə onlar neft hasilatının 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən gündə 1,2 milyon barel azaldılması ilə bağlı sazişin müddətini uzadıb. İndi saziş 2020-ci il martın sonuna qədər qüvvədədir.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, hasilatın azaldılmasına dair sazişlərdə iştirak edən OPEC-in 11 ölkəsi iyul ayında bir sıra ölkələrin kvotaları da aşdığı üçün öhdəliklərini 119% yerinə yetirib. OPEC-ə daxil olmayan ölkələr də iyul ayında hasilatı 107% azaldaraq sazişə artıqlamasıyla əməl edib. Bu, əsasən Qazaxıstan və Azərbaycandanın hesabına olub. Ümumilikdə OPEC+ ölkələri ilin əvvəlindən saziş üzrə planı 115% yerinə yetirib.

İyul ayında OPEC ölkələrində saziş üzrə plana əməl edilməsi 134%, qeyri-OPEC ölkələrində isə 133% təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et