İranın 4 bankı sanksiyalardan azad edilib | Banco.az

İranın 4 bankı sanksiyalardan azad edilib

ABŞ-ın Maliyyə Nazirliyi İranın 4 bankına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Bu barədə məlumatı “Middle East Bank”ın baş mütəxəssisi Fərzanə Rəcayi Səlmasi verib.

O bildirib ki, noyabrın 8-də ABŞ-ın Maliyyə Nazirliyi sanksiyalar siyahısındakı İran banklarını bir daha nəzərdən keçirib və “Middle East Bank” ilə yanaşı, “Hekmat Iranian”, “Qarz Al-Hasaneh Mehr Iran” və “Credit Institute for Development” banklarını sanksiyalardan azad edib.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda İranın bu bankları pul köçürmələr üçün beynəlxalq SWIFT sistemindən istifadə edə bilərlər

© Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et