İranda yeni qaz yatağı aşkar edilib | Banco.az

İranda yeni qaz yatağı aşkar edilib

İranın cənubunda, təxminən, 1 trilyon kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edilib. 

Yataq ölkənin Fars əyalətində, 3 900 metr dərinlikdə yerləşir. 

İran Milli Neft Şirkətinin kəşfiyyat direktoru Salih Hindi bu yatağın paytaxt Tehranın "mavi yanacağ"a olan 16 illik tələbatını ödəmək iqtidarında olduğunu deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İranın qaz ehtiyatları 33 trilyon kubmetrdir və bu baxımdam İslam Respublikası dünyada Rusiyadan sonra 2-ci yeri tutur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et