"İran iqtisadiyyatı müharibə şərtlərindən daha çətin vəziyyətdədir" | Banco.az

"İran iqtisadiyyatı müharibə şərtlərindən daha çətin vəziyyətdədir"

İranın Neft naziri Bijen Namdar Zəngənə, ölkə iqtisadiyyatının İraq müharibəsi dövründəki şərtlərdən daha çətin vəziyyətdə olduğunu bildirib.

Paytaxt Tehranda İran-İraq Müharibəsində iştirak etmiş komandirlərin iştirakları ilə keçirilən Döyüş Komandirləri 31-inci Konfransında çıxış etmiş Zəngənə, "Ölkədəki iqtisadi şərtlər müharibə vaxtından daha çətin vəziyyətdədir",- deyib.

Səkkiz il davam etmiş İran-İraq müharibəsində şərtlərin bu gündən daha yaxşı olduğuna söyləyən Zəngənə, "O dövrdə neft satırdıq, pulu banklara çatır və mal ala bilirdik. Ölkə iqtisadiyyatı işləyirdi. Problem yalnız hava hücumlarında idi. Ancaq bu gün, bizim neft satışı edə bilməməyimiz, bank əməliyyatları apara bilməməyimiz və bizə mal satışının qarşısının alınması üçün səy göstərirlər. Bu səbəbdən hazırkı şərtlər, müharibədən on qat daha çətindir", - ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Zəngənə, ABŞ, İsrail və Xalqın Mücahidləri təşkilatının İranla müharibə halında olduğunu bildirib.

İranın 67 yaşlı Neft naziri Zəngənə bunları qeyd edib:

"Bu müharibənin adını öz yaşıdlarım üçün "Son Döyüş" qoydum. İqtisadi müharibə olan bu son döyüşdə bütün qüvvəmi istifadə etməyim lazım olduğuna inanıram".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et