İran Dollardan imtina edilməsi üçün Azərbaycanla da saziş bağlamaq niyyətindədir | Banco.az

İran Dollardan imtina edilməsi üçün Azərbaycanla da saziş bağlamaq niyyətindədir

İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.

"Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanılıb, digərləri ilə isə razılaşmalar demək olar ki, əldə olunub", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinə yönəlib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et