İqtisadiyyatın canlandırılması üçün hansı tədbirlər görülür? | Banco.az

İqtisadiyyatın canlandırılması üçün hansı tədbirlər görülür?

Neftin dünya bazarında ucuzlaşması ilk növbədə iqtisadiyyatı neftdən asılı olan ölkələrə təsir elədi. Azərbaycan da  bu mənfi təsirdən yayına bilmədi. 2015-ci ildə iki dəfə manatın devalivasiyası bunun ən bariz nümunəsi idi. İxracdan gələn gəlirlərin azalması növbəti ilin büdcə planlaşdırılmasında ixtisarlara səbəb oldu. Bu da dəfələrlə qeyd olunan qeyri-neft  sektorunun inkişaf etdirilməsi mövzusunu daha da aktuallaşdırdı. Bəs qisa müddətdə iqtisadiyyatı canlandırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək və dövlət büdcəsini doldurmaq üçün hansı tədbirlər görülür?

2015-ci ilin dekabrında Vergi Məcəlləsində dəyişikliklərin və əlavələrin edilməsi bu tədbirlərin bir hissəsi idi. Dəyişikliklərin əsas məqsədi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergidən yayınma hallarının aradan qaldırılması ilə büdcəyə gələn gəlirlərin

artırılması idi. Eləcə də, hazirda Azərbaycanda inkişaf edən tikinti sektoruna təsir edəcək bəzi dəyişikliklər haqqında da qərarlar qəbul edildi. Vergi Məcəlləsinə edilən dəyişiklikdən öncə tikinti fəaliyyəti ilə məşğul olan şəxslər həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi hesab olunurdular. Dəyişikliklərdən sonra isə bina tikintisi ilə məşğul olan və sadələşdirilmiş vergini ödəmək hüququndan istifadə edən hüquqi şəxslər  ƏDV,  mənfəət vergisi və əmlak vergisini, fiziki şəxslər isə ƏDV və gəlir vergisini ödənilməsindən azad edilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər tərəfindən iqtisadi inkişaf üçün daha çox tələb olunan tədbirlərdən biri də  gömrükdə sadələşdirmələrin aparılması, inhisarçılığın aradan qaldırılması və bununla da, ölkə iqtisadiyyatında rəqabət qabiliyyətinin artırılmasına təkan verilməsi idi. Azərbaycan Respublikasının Prezidenti tərəfindən  gömrük sistemində islahatlarla bağlı sərəncamın imzalanması və eləcə də, şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi tələbi buna cavab idi.

Dövlət başçısı həmçinin 2016-cı ilin aprelində kənd təsərrüfatının inkişaf etdirilməsi, turizmin genişləndirilməsi, yeni sənaye müəssisələrinin açılması üzrə islahatların aparıldığını da vurğulayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et