İqtisadi Köpük nədir? | Banco.az

İqtisadi Köpük nədir?

İqtisadi baxımdan, bir köpük malların həqiqi qiymətlərinin çox üzərindəki bir dəyərdən ticarət edildiyini ifadə edir. Sadə dildə izah etsək köpürdülmüş dəyərlərlə aktivlərin ticarətidir. İnvestorlar, aktiv qiymətlərinin əsl dəyərindən daha yüksək olduğunu anlayana qədər artmağadavam edir. Bu, satışların azalması və aktivlərin qiymətlərinin azalması ilə nəticələnə bilər ki, o zaman da artıq heç bir investor yüksək qiymətdən alış etməyə istəkli olmadığında, kütləvi şəkildə gerçəkləşən satışlar yaranmış köpüyün sönməsinə, başqa sözlə desək partlamasına səbəb olur.

Köpüklər iqtisadiyyatda, qiymətli kağızlarda, fond bazarlarında və biznes sektorlarında investor davranışlarındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Bu, bankların nizamlamalar baxımından qismən sərbəstləşdiyi 1980-ci illərdə Yaponiyanın köpük iqtisadiyyatında da görüldüyü kimi, 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində dot-com partlayışı zamanı gerçəkləşən paradiqma dəyişikliyi kimi real dəyişiklik ola bilər.

Köpüyün Beş Addımı

Maliyyə qeyri-sabitliyinin inkişafını və iqtisadiyyatla olan əlaqələrin izah edən ilk iqtisadçı olaraq adını tarixə yazdıran Hyman P. Minsky, tipik bir kredit dövründə beş mərhələnin mövcud olduğunu vurğuladı. Bir köpüyün çərçivəsi dövrün necə şərh olunduğuna baxmayaraq sabitdir.

  1. Yerdəyişmə: Bu mərhələ investorlar yeni bir məhsul və ya texnologiya ya da tarixən aşağı faiz dərəcələri kimi yeni bir paradiqma - qısaca diqqətlərini cəlb edə biləcək hər hansı bir şeyi görməyə başlayanda baş verir.
  2. Partlayış(Boom): Qiymətlər ilk növbədə yüksəlməyə başlayır, ardından bazara daha çox investor girdikdə isə sözügedən qiymətlər sürət qazanacaq. Bu “boom” üçün lazımi kobuda desək infrastrukturu qurur. İnsanların daha çox aktiv satın almağına səbəb olan təşəbbüs etməkdə uğursuzluğa düçar olmaq kimi ümumi bir anlayış var, ki bu da dediyimiz kimi qiymətlərin yuxarı doğru sürət qazanmağını dəstəkləyən faktorlardandır.
  3. Eyforiya : Eyforiya gerçəkləşdiyində və artıq varlıq qiymətləri roket kimi yüksəldiyində diqqət və ehtiyyat edilən hesablamalarda mötərizənin xaricində qalmış olur
  4. Karı əldə etmə: Köpüyün nə zaman partlayacağını təxmin etmək heç də asan deyil; bir dəfə bir köpük partladısa, artıq yenidən köpükləşməyəcək. Ancaq xəbərdarlıq əlamətlərinə baxan hər kəs daha əvvəl aldıqları aktivləri sataraq , aydındır ki, pul qazanacaq.
  5. Panika: Aktiv qiymətlərindəki bu dəyişiklik işlərin gedişatını, istiqaməti dəyişdirir və yüksəldikləri kimi sürətli bir şəkildə düşərlər. İnvestorlar və başqaları ani olaraq onları hər hansı bir qiymətlə likvidləşdirmək , satmaq istəyərlər. Son olaraq da təklif tələbi kölgədə buraxdıqca varlıq qiymətləri beləcə düşməyə davam edər.

Tarixidəki ilk köpük: Tulip Madness (Lalə Çılğınlığı)

Ən sərfəli kredit üçün müraciət et

“Lale Çılğınlığı” tarixdə tanınan ilk iqtisadi köpükdür. 1593-ci ildə Osmanlı İmperiyasından Hollandiyaya çoxlu lalə ixrac edildi. Lalələri görən Hollandiya xalqı bu çiçəklərə bir baxıma aşiq olmuşdu. 1636-cı ilin sonunda, bir sıra lalə növləri Amsterdamdakı bir evdən daha çox pula satılırdı. Belə ki, o dövrkü orta illik əmək haqqı 200-400 guldenidir(o zamankı yerli valyuta). Lalə şitillərinin qiyməti isə maraqlı şəkildə 200-250 güldenə, yəni bir işçinin illik əmək haqqına bərabər hala gəldi. Tələbi tədricən artırdı, amma tədarükün problemi var idi, çünki insanlar ambarlarını lalə şitilləri ilə doldururdular, ancaq bu lalələrin yetişib satılacaq hala gəlməsi üçün 4-7 il arası vaxt tələb edirdi. 1637-ci ilin fevralında qiymət maksimum həddə çatdı.

Qiymətlər belə çox sürətlə artdıqda hökumət yeni bir sistem tətbiq etməyi qərarlaşdırır. Belə ki , dəyəri dəqiqləşdirilmiş bir malı gələcək tarixdə bir satma və satın alma imkanı təklif olunur. Əlbəttə ki, belə cəlbedici bir şey əlaqəsi olsun-olmasın hər kəsin diqqətini çəkəcək bir şey idi. İnsanlar torpaqlarını və evlərini ipoteka etmiş və lalə soğanına investisiya etmişdirlər. Beləcə çiçəyin dəyəri bir ay kimi qısa bir müddətdə 20 qat artdı. 1637-ci ildə, Amsterdamın mərkəzində bir lalə soğanı, bir o dövrdə imarət sayılacaq evə bərabər ola bilirdi, amma qiymətlər qəflətən düşməyə başlayana qədər. Çox köpmüş olan bu qiymətlər, təxmin etdiyiniz kimi, uzun müddət davam etməyib və bir neçə həftə ərzində 100%-ə yaxın düşdü. İlk kütləvi dəlilik olaraq da bilinən Tulip Frenzy, Hollandiya iqtisadiyyatını uzun müddətli bir böhrana məruz qoydu. Bu fenomen, ümumiyyətlə, tarixdə ilk spekulyativ köpük kimi tanınır.

İbrahim Bədəlov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et