İpoteka şərtlərinə dəyişiklik edilməsi labüddür | Banco.az

İpoteka şərtlərinə dəyişiklik edilməsi labüddür

Son aylar daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı insanların ipoteka krediti ilə mənzil almalarını çətinləşdirməklə yanaşı, onlar üçün əsl problemə çevrilib. Bu səbəbdən də ipoteka şərtlərində dəyişiklik edilməsi zaman keçdikcə daha vacib xarakter alır. Çünki hal-hazırda Bakı şəhərində evlərin qiyməti ipoteka kreditinin maksimal məbləğini üstələyir. Qeyd edək ki, ipoteka krediti ilə bağlı hökumətə təqdim olunan təkliflərə 2015-ci ilin Dövlət Büdcəsi təsdiqlənənə qədər baxılacağı gözlənilir.

Ekspertlər hesab edir ki, ev və torpaq qiymətlərində artım 2013-cü ilin əvvəlindən başlayaraq qeydə alınıb. 2014-cü ilin əvvəlində isə qiymət artımı bir qədər stabilləşmiş, artım demək olar ki, dayanmışdı. Lakin “Sovetski” kimi tanınan yaşayış massivinin söküntüsü ilə bağlı aparılan müzakirələrin cəmiyyətdə yaratdığı rezonans bazarda qiymətlərin yenidən artması ilə nəticələndi. Bu artımın növbəti il ərzində də davam edəcəyi proqnozlaşdırılır. Mövzu ilə bağlı daha ətraflı məlumatı aşağıdakı süjetdən izləyə bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et