İpoteka kreditləşməsində 17% azalma müşahidə olunub | Banco.az

İpoteka kreditləşməsində 17% azalma müşahidə olunub

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 34,9 mln. manat təşkil edib.

Banco tərəfindən İnterfaks-a istinadən verilən xəbərə görə, 2014-cü ilin yanvar-aprel aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 42 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-aprel aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 16,9% azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin aprel ayında AIF-in agent bankları 13,2 mln. manat məbləğində ipoteka krediti veriblər.

Yanvar-aprel aylarında AİF-in agent bankları 21,9 mln. manat məbləğində krediti yenidən maliyyələşdirib.

Ən sərfəli krediti almaq üçün müraciət et