İpoteka kreditləri üzrə əsas məbləğ və aylıq ödəniş artmaqda davam edir | Banco.az

İpoteka kreditləri üzrə əsas məbləğ və aylıq ödəniş artmaqda davam edir

Bu ilin yanvar ayının yekununda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 49 292 manat təşkil edib.

Bu, ilin əvvəli ilə müqayisədə 0,3%, ötən il fevralın 1-nə nisbətən isə 8,8% çoxdur.

İpoteka kreditləri üzrə əsas məbləğlə yanaşı, aylıq ödəniş də artmaqdadır. Yanvarın sonuna bu rəqəm 348 manat olub ki, bu da aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 7,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Son 1 ildə və 1 ayda kreditlərin orta müddəti dəyişməsə də (hazırda 281 aydır), orta illik faiz dərəcəsi illik müqayisədə 0,08 faiz bəndi azalaraq 6,63%-dən 6,55%-ə düşüb. Aylıq müqayisədə də faiz dərəcəsində fərq olmayıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et